skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Assosiasiyada effektiv menecment

İyul 6, 2020 / 9:30 səhər - İyul 11, 2020 / 11:00 səhər UTC+4

Hörmətli assosiasiya nümayəndələri!

Məlumat üçün bildirək ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə ASK komandasının moderatorluğu altında – biznesə dəstək təşkilatların, assosiasiyaların effektiv menecmenti və iş fəaliyyətinin daha səmərəli təşkili istiqamətində 6-11 iyul 2020-ci il tarixlərində, saat 09:30-11:00 aralığında, Zoom proqramı üzərindən video-konfrans formatında “Assosiasiyada effektiv menecment” mövzusunda seminar keçiriləcəkdir.

Onlayn seminarın əsas məqsədi, assosiasiya və biznesə dəstək təşkilatların işinin düzgün strategiya və fəaliyyət planı üzərində qurulması və nəticə etibarı ilə sahibkarlığın inkişafına töhvə verilməsindən ibarətdir.

Seminar zamanı aşağıda qeyd olunan mövzularla yanaşı digər məsələlər də müzakirə olunacaqdır:
• Təşkilatın strukturu;
• Dövlət-özəl dialoq;
• Lobbiçilik;
• Üzvlük;
• Beynəlxalq layihələr;
• Biznes xidmətlər;

Sizi sözügedən online seminarda iştirak etməyə dəvət edirik. 3 iyul tarixinə qədər göstərilən linkə daxil olaraq https://forms.gle/rYPPcU9e4nx7pCvp9 qeydiyyatdan keçməyinizi xahiş edirik.

Seminarda iştirak üçün link qeydiyyatdan keçmiş şəxslərə əlavə olaraq göndəriləcəkdir.

Details

Start:
İyul 6, 2020 / 9:30 səhər
End:
İyul 11, 2020 / 11:00 səhər
Tədbir Category:
Back To Top