skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Azərbaycan- İndoneziya Ticarət evinin yaradılması təklif olunur

Oktyabr 6, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4

İndoneziyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə  5 oktyabr  2016-cı il  tarixdə Azərbaycan-İndoneziya Biznes Forumu keçirilib. Tədbirdə İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin sədri Rəşid Çulaqov, İndoneziyadan və Azərbaycandan olan xeyli sayda  iş adamları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

İndoneziya haqqında geniş məlumat verən  İndoneziyanın Azərbaycandakı səfiri Husnan Fananie  bildirdi ki, təmsil etdiyi ölkə bütün istiqamətlərdə, xüsusi ilə iqtisadi sahədə  Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində  maraqlıdır. Səfir tədbir iştirakçılarını  12-16 oktyabr 2016-cı il tarixləri arasında İndoneziyada keçiriləcək “İndoneziya Trade Expo” sərgisinə də dəvət edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov isə çıxışında  Azərbaycandakı investisiya imkanlarından, İndoneziya və Azərbaycan arasında böyük iqtisadi əməkdaşlıq əlaqələrinin  səmərəsindən söhbət açıb. Azərbaycan Sahibkarlar Konfederasiyasının da gələcək hədəflərinin beynəlxalq əlaqələrin inkişafı olduğunu qonaqların diqqətinə çatdırıb.

Daha sonra “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin sədri Rəşid Çulaqov  kiçik və orta biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin biznes əlaqələrinin inkişafına  müsbət təsir  edəcəyini qeyd edib.

“İndoneziya Trade Expo” sərgisi  sahibkarlar tərəfindən maraqla qarşılanıb və onlar   səfirə və səfirliyin məsul əməkdaşlarına bu istiqamətdə müxtəlif suallar ünvanlayıblar. Görüşdə Bakı şəhərində  Azərbaycan- İndoneziya  Ticarət evinin yaradılması da səslənən maraqlı təkliflərdən biri olub.

 

Details

Tarix:
Oktyabr 6, 2016
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top