skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Fevral 26, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4

Məlum olduğu kimi ölkəmiz qeyri-neft sektorunun inkişaf etdirilməsi hesabına enerji gəlirlərindən asılılığın aradan qaldırılmasına ünvanlanan islahatlara start vermişdir. Azərbaycanda rəqabət qabiliyyətli məhsul istehsal edən və xaricə satan sahibkarlara güzəşt edilməsi, ümumən sahibkarlığın inkişafının xüsusi prioritet məsələlər kimi dəyərləndirilməsi iqtisadiyyatın inkişafında prioritet məsələlərdən biridir.

İclası giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev “Azərbaycan Respublikasının Regionlarının 2014-2018-cı illərdə sosial–iqtisadi inkişafı Dölət Proqramının” icrasının 2-ci ilinin yekunlarına həsr olunmuş Konfransının qərarları ilə əlaqədar Azərbaycan Sahibkarlar Konfederasiyasının qarşısında duran vəzifələr haqqında ətraflı məlumat verdi. Qeyd olundu  ki, son vaxtlar ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı  mühüm qərarlar qəbul olunmuş, Azəbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə  çoxsaylı tapşırıqlar verilmişdir. Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin növbəti iclasında  bu məsələlər və Konfederasiyanın qarşısında duran vəzifələr, növbəti il üçün nəzərdə tutulan iş planının təsdiqi  müzakirə olundu.

İclasda iştirak edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadədünyada baş verən iqtisadi proseslərin ölkə iqtisadiyyatına təsirindən söhbət açaraq bildirdi ki, artıq zaman dəyişib, özəl sektorun inkişafı xüsusi əhəmiyyət kəsb edir. İqtisadiyyatı güclü olan dövlətin hər şeyə qadir olduğunu deyən Ziyad Səmədzadə sahibkarları cəmiyyətdə fəal mövqe nümayiş etdirməyə səslədi. Bildirdi ki, onlar iş adamlarının təkliflərini gözləyir, qanunların qəbulu zamanı bu təkliflərin nəzərə alınmasında maraqlıdırlar.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov  maraqlı təkliflə çıxış edərək bildirdi  ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclaslarında Azərbaycan Sahibkarlar Konfederasiyası nümayəndələrinin iştirakına  icazə verilərsə, bu cür prosedur  gələcəkdə müsbət nəticə verə bilər.

Daha sonra gündəlikdə qeyd olunan cari  məsələlərin müzakirəsinə başlandı.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi əvəzi Faiq Səmədov Konfederasiyanın 2015-ci il  ərzində fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr barədə hesabatı  Rəyasət Heyətinin üzvləri tərəfindən dinlənildi və növbəti 2016-cı ilin 1-ci rübü üçünAzərbaycan Sahibkarlar Konfederasiyasının   iş planı təsdiqləndi.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Dövlət orqanları və sahibkarlarla  iş şöbəsinin müdiri Emil Süleymanov isə Azərbaycan Sahibkarlar Konfederasiyasına  üzvlüyünə qəbulla bağlı  ətraflı məlumat verib, öz təkliflərini  irəli sürdü.  Konfederasiyaya müraciət edən iş adamlarının üzvlüyə cəlb  olunması ilə bağlı siyahı təsdiqləndi.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Maliyyə, mühasibat uçotu,  təsərrüfat, nümayəndəliklər və vergi ödəyicilərinə  xidmət mərkəzləri ilə iş şöbəsinin  müdiri-baş mühasib Bəhruz Kərimov isə Azərbaycan Sahibkarlar Konfederasiyasının 2015-ci il üzrə  büdcənin icrası və 2016-cı il üzrə yeni büdcəsinin təsdiqi ilə əlaqədar  çıxış etdi. Rəyasət Heyəti  yekdilliklə yeni büdcənin qəbulunu məqbul saydı.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Əmək münasibətləri, hüquq,  kadr, işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tapdıq  Osmanovun çıxışı isə ASK-nın Rəyasət Heyəti və  daimi komissiyaların struktur və tərkibində dəyişikliklər  edilməsinin zəruriliyi məsələsinə həsr olunmuşdu. T .Osmanov bildirdi ki, Azərbaycan Sahibkarlar Konfederasiyasınınnəzdində fəaliyyət göstərən Komissiyaların işinin təkmilləşdirilməsi və daha 2 yeni komissiyanın yaradılması mühüm əhəmiyyət kəsb edir. T.Osmanov əsaslandırdı  ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində iki yeni  “Tikinti   materialları istehsalı müəssisələri ilə iş” və “Rabitə  İnformasiya Kommunikasiya və Texnologiya  müəssisələri ilə iş” komissiyalarının  yaradılması  zamanın tələblərindən irəli gəlir. Təklif səsə qoyularaq qəbul edildi.

Daha sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin tərkibində dəyişiklik edilməsinin vacibliyi önə çəkildi. Yerdəyişmə və digər səbəblərə əlaqədar  Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin  üzvlüyündən getmiş şəxslərin yeniləri ilə əvəzlənməsi məsələsinə baxıldı. Rəyasət Heyətinin üzvlərimüzakirə olunan məsələlər ətrafında öz fikir və mülahizələrini bölüşdülər.

İclasa yekun vuran  M.Musayev  dövlət qurumları ilə əlaqələrin tələb olunan  səviyyədə olduğunu, həmçinin beynəlxalq təşkilatlarla da yeni  əməkdaşlıq imkanlarının  yarandığını qeyd etdi. Gələcəkdə Konfederasiyasının fəaliyyətini daha da zənginləşdirməyin zəruri olduğunu vurğulayıb, bütün iştirakçılara dərin təşəkkürünü  bildirdi.

 

Details

Tarix:
Fevral 26, 2016
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top