- This event has passed.
“Biznes islahatları” mövzusunda seminar keçiriləcək
Fevral 8, 2019 / 9:30 səhər - 1:00 axşam UTC+4
Hörmətli Sahibkarlar,
Sizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə “Biznes islahatları” mövzusunda keçiriləcək seminarda iştirak etməyə dəvət edirik.
Azərbaycan Respublikası Prezidentinin 27 Avqust 2018-ci il tarixli “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün yaradılmış Komissiyanın fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 431 nömrəli Sərəncamına əsasən həyata keçirilən biznes islahatları üzrə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov tərəfindən təsdiq olunan dövlət satınalmaları, məhkəmə sistemi, tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi üzrə aparılmış islahatlar ilə bağlı İcra və Kommunikasiya Planlarının icrası ilə bağlı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi birlikdə “Biznes islahatları” mövzusunda seminar keçirəcəkdir.
Seminarda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 1433-VQD nömrəli Qanunu, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”, “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”, “Bəzi tikinti obyektlərinin tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı, Dövlət satınalmaları sahəsində aparılmış islahatlar mövzusunda və digər islahatlar üzrə həyata keçirilən tədbirlər ilə bağlı məsələlər müzakirə ediləcəkdir.
Seminar 8 Fevral 2019-cu il tarixində saat 9:30-da (9:30-dan 13:00-a qədər) Landmark-da, 90 A Nizami ünvanında baş tutacaq.
Zəhmət olmasa seminarda iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçəsiniz: https://sahibkarliq.typeform.com/to/ERR7T7
Seminarın gündəliyi ilə buradan tanış ola bilərsiniz.
Qeydiyyat üçün Son Gün: 7 fevral, saat- 16:00.
Əlaqələndirici şəxs: Mehriban Qasımlı (tel: 012 465 72 42 (daxili 113), e-poçt: mgasimli@ask.org.az)