skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi” mövzusunda təlim

Fevral 4, 2019 / 7:00 axşam - 10:00 axşam UTC+4

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi və ALMA Consulting şirkətinin təşəbbüsü ilə 4 fevral 2019-cu il tarixində  “ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi mövzusunda təlim keçiriləcək.

ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminin tətbiqi müasir günümüzdə bir çox şirkətlər tərəfindən vacib bilinir. Böhran vəziyyətində bazarda rəqabətə tab gətirən və inkişaf etməyi bacaran şirkətlər məhz ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminin tətbiqini həyata keçirən şirkətlərdir. Həmin sistemi yaxşı tətbiq edən şirkətlər bilirlər ki, məhz keyfiyyət şirkətdə bütün sahələrə (rəhbərlik, insan resursları, istehsal, satınalma, marketinq və s) və həmin sahələrin inkişafına birbaşa təsir edir. Keyfiyyətin idarəedilməsini bilən menecerlər də şirkətlərinin inkişafında mühüm rol oynayırlar.

Təlimdə iştirak edə bilər: keyfiyyətin idarə edilməsi üzrə mütəxəssislər, keyfiyyətə nəzarət mütəxəssisləri, mühəndislər, qida təhlükəsizliyi üzrə mütəxəssislər, SƏTƏM mütəxəssisləri, insan resursları üzrə menecerlər, istehsal mühəndisləri, satınalma menecerləri, direktorlar, sahibkarlar və hər kəs.

Təlimdən əldə edəcəkləriniz:

– Şirkətdə rahat və sərbəst keyfiyyət idarəetmə sistemini qura biləcəksiniz

– İdarəetmə sisteminin daha səmərəli təşkili

– Şirkətə mənfi təsir edəcək risklərlə mübarizə

– Az xərc və çox mənfəət gətirəcək idarəetmə sisteminin qurulması

– Şirkət daxilində yarana biləcək problemlərin əvvəlcədən müəyyənləşdirilməsi

– Səmərəli planlaşdırma

– Proseslərin keyfiyyət sisteminə görə qurulması

– Prosedurların sistemə uyğun hazırlanması

– Resursların səmərəli şəkildə idarə olunması

– Şirkətin daim inkişafı üçün beynəlxalq tələb və metodlar

Təlimin dili: Azərbaycan

Təlimin başlama vaxtı: 04/02/2019

Təlimin müddəti: 30 saat , 1 ay

Təlimin vaxtı : Həftədə 3 dəfə olmaqla 10 dərs, saat 19:00-22:00

Təlimin qiyməti: 350 azn

Qeyd1 : Təlim zamanı coffe break üçün vaxt nəzərdə tutulub.

Qeyd2 : Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası üzvlərinə təqdim olunan “Üzvdən – üzvə” xidməti çərçivəsində ASK üzvləri üçün 20 % ENDİRİM.

Qeydiyyat  

Proqram

ƏLAQƏ

Bakı ş., AZ 1110 Akademik Həsən Əliyev küç. 57, 3-cü mərtəbə, ASK ofis

Qeydiyyat ilə bağlı (+99470 ) 489 01 00 ; javidgadirov@almabaku.com

Təlim proqramı ilə bağlı: (+994 55) 489 37 48; habilehmedov@almabaku.com www.almabaku.com

Details

Tarix:
Fevral 4, 2019
Time:
7:00 axşam - 10:00 axşam
Tədbir Category:
Back To Top