- This event has passed.
Dövlət Gömrük Komitəsi ilə vebinar
Fevral 12, 2021 / 4:00 axşam - 5:00 axşam UTC+4
Hörmətli sahibkarlar!
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə sahibkarların məlumatlandırılması məqsədi ilə 12 fevral 2021-ci il tarixində sual – cavab formatında ZOOM platforması üzərindən saat 16:00-da aşağıdakı mövzuları əhatə edən vebinar təşkil olunacaq:
- “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi və bu sistemdən istifadəyə dair tələblər;
- Birbaşa gömrük təmsilçiliyi fəaliyyəti üçün müraciət qaydası və qeydiyyat prosesi;
- Gömrük ödənişləri və onların hüquqi bazası.
Təlim Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin peşəkar mütəxəssisləri tərəfindən keçiriləcək:
- Qaralov Səməd – Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi
- Nəcəfli Ceyhun – Ticarətin Asanlaşdırılması İdarəsinin rəisi
- Nuriyev Mahmud – Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin rəisi
- Heydərov Əliəkbər – Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin baş inspektoru
- Həsənova Arzu – Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin baş inspektoru
- Allahverdiyev Elmin – Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin böyük inspektoru
- Məmmədov Fuad – Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru
- Həsənov Rəşid – Gömrük dəyərləndirilməsi şöbəsinin böyük inspektoru
- Qurbanov Aqşin – Gömrük daxilolmaları şöbəsinin böyük inspektoru
Vebinarda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün əlaqələndirici şəxsə aşağıdakı məlumatları göndərməyiniz xahiş olunur:
- Ad, Soyad
- Təmsil edilən qurum
- İcra edilən vəzifə
- E-mail ünvanı
- Telefon nömrəsi
Qeyd: Vebinarda iştirak etmək üçün gərəkli zoom link ancaq qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.
Əlaqələndirici şəxs:
Elmira Balıyeva
Baş mütəxəssis
E-mail: ebaliyeva@ask.org.az
Tel: +994 12 465 76 92 / daxili 119