skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Fərqli bizneslərin ortaq imzası: “Partners & Business” sərgisi!

İyun 16, 2022 - İyun 18, 2022

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi və “Marsol” MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı, “Qayo Group”un sponsorluğu, “Grow Audit”in tərəfdaşlığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İnformasiya-Komunikasiya Texnologiyaları, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyətdə olan yerli şirkətlər tərəfindən göstərilən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunacaq.
200-ə yaxın şirkət, 10.000-dən çox ziyarətçinin iştirakı ilə baş tutacaq sərginin missiyası Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
“Partners and Business” Baku 2022 Yerli şirkətlərin tanıtım sərgisi 16, 17, 18 iyun “Baku Crystal Hall”da baş tutacaq.
Hər birinizi bu sərgidə iştirak etməyə, yerli şirkətlərlə tanışlıq və yeni tərəfdaşlıqlara dəvət edirik!
Sərginin media tərəfdaşı “BHB Strategic & Creative Co.”, promo tərəfdaşı “Moon Group”, təşkilati dəstək isə “Primex”dir.
Sərgi ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün – www.partners.az

Details

Start:
İyun 16, 2022
End:
İyun 18, 2022
Tədbir Category:
Back To Top