- This event has passed.
“Investment Roadshow” tədbiri keçiriləcək
Mart 1, 2020 - Mart 31, 2020
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında gələcək əməkdaşlığa dair razılaşmaları əks etdirən Protokolun tərkib hissəsi kimi Fəaliyyət Planı üzrə qarşılıqlı investisiya qoyuluşlarının artırılması məqsədilə “Investment Roadshow” tədbiri keçiriləcəkdir. Bununla əlaqədar cari ilin 10 fevral tarixinədək marağı olan şirkət və qurumlardan aşağıdakıların təqdim edilməsini xahiş edirik:
– Qarşılıqlı maraq kəsb edə biləcək aidiyyəti təqdimat;
– Türkiyə tərəfindən tədbirdə iştirak edəcək nümayəndələrə dair təklifləriniz və onlardan tələb olunanların müəyyənləşdirilməsi;
– Azərbaycanda həyata keçirilməsində maraqlı oldğunuz investisiya layihələri;
– Fəaliyyət göstərdiyiniz sahə üzrə mövcud problemlər, həlli istiqamətində və əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər.
Tədbirin mahiyyəti:
Azərbaycanın İnvestisiya imkanlarının təqdimatı və ölkəyə xarici sərmayələrin cəlb edilməsi məqsədilə ölkədə yaradılmış əlverişli şərait, habelə ixracat, kənd təsərrüfatı, tranzit, turizm sahələrini əhatə edilməklə keçirilməsi nəzərdə tutulur.
Tədbirin tarixi:
2020-ci ilin mart ayında Türkiyənin İstanbul şəhərində baş tutacaqdır.
QEYD: İnvestisiya layihələrini http://bit.ly/2GGMDk1 linkinə daxil olaraq qeydiyyatdan keçirmək mütləqdir!
Əlaqələndirici şəxs:
Nurlana Həsənova
994 12 465 76 92 (d. 119)
nhasanova@ask.org.az