skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“PRODEKSPO-2020” sərgisi keçiriləcək

Fevral 10, 2020 - Fevral 14, 2020

Hörmətli Sahibkarlar və şirkət rəhbərləri!
10-14 fevral 2020-ci ildə Moskva şəhərinin “Mərkəzi Sərgi Kompleksi”ndə keçiriləcək “PRODEKSPO-2020” sərgisində ilin ən böyük “MARKET ŞƏBƏKƏLƏRİNİN ALIŞ MƏRKƏZİ” təşkil olunacaq.
Sərgi çərçivəsində qida məhsullarının alıcısı olan Rusiyanın bütün ərazilərində yerləşən marketlər (hipermarketlər) şəbəkələrinin və HORECA şirkətlərinin nümayəndələri ilə birbaşa görüşlər nəzərdə tutulub.
Tədbirdə:
100+ çox market (hipermarket) şəbəkələri;
250+ topdan alıcı distribütor və qida təchizat şirkətləri;
30+ çox HORECA şirkətləri;
50+ çox HORECA təchizatçıları iştirak edəcəklər.
Azərbaycanda qida istehsalı ilə məşğul olan sahibkarları, qida satışı üzrə distribütor və HORECA şirkətlərini bu tədbirdə iştirak etmək və yaranan imkanlardan faydalanmağa dəvət edirik.
Tədbirdə iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasına müraciət edə bilərsiniz.

Əlaqələndirici şəxs:
Aqil Babayev
+994 55 618 22 05
ababyev@ask.org.az

Details

Start:
Fevral 10, 2020
End:
Fevral 14, 2020
Tədbir Category:
Back To Top