skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

İşçilərin işə qəbulu

May 8, 2021 / 8:00 səhər - 5:00 axşam UTC+4

Hörmətli Sahibkar!
Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarların maarifləndirilməsi məqsədilə ZOOM platforması üzərindən 18 may 2021-ci il tarixində saat 12:00 – 13:00-da “İşçilərin işə qəbulu” mövzusunda vebinarda iştirak etməyə dəvət edir.
Moderator haqqında:
Sevinc Qarakişiyeva 2005-ci ildən “İnsan Resurslarının idarə olunması” sahəsində çalışır. Hal-hazırda “Xəzər GLX” gəmiqayırma / gəmi təmiri müəssisəsində İnsan Resurslarının idarə olunması üzrə menecer vəzifəsində işləyir. Bir sıra beynəlxalq kvalifikasiyalara malikdir. 2010-cu ildən etibarən həm də “Stimul Education&Consalting” və “British Academy Azerbaijan” şirkətlərində “Əmək Qanunvericiliyi”, “Kadr kargüzarlığı”, “İnsan resurslarının idarə olunması” və s. sahələrdə təlimçi kimi fəaliyyət göstərir. Bu illər ərzində onlarla şirkətə, 500-dən çox mütəxəssisə təlim və konsaltinq həyata keçirmişdir.
Vebinarda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün əlaqələndirici şəxsə aşağıdakı məlumatları göndərməyiniz xahiş olunur:
• Ad, Soyad
• Təmsil edilən qurum
• İcra edilən vəzifə
• E-mail ünvanı
• Telefon nömrəsi
Qeyd: Vebinarda iştirak etmək üçün gərəkli zoom link ancaq qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.
Əlaqələndirici şəxs:
Elmira Balıyeva
Baş mütəxəssis
E-mail: ebaliyeva@ask.org.az
Tel: +994 12 465 76 92 / daxili 119

Details

Tarix:
May 8, 2021
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top