skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“İxrac əməliyyatlarında maliyyə dəstəyi” mövzusunda təlim keçiriləcək

Noyabr 21, 2018 / 10:00 səhər - 5:00 axşam UTC+4

Malların və xidmətlərin ixracı ilə məşğul olan sahibkarların nəzərinə!

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Kapital Bankla birgə “İxrac əməliyyatlarında maliyyə dəstəyi” mövzusunda maarifləndirici təlim təşkil edəcək.

Təlimdə xarici ticarətdə maliyyə alətlərinin rolu, ixrac zamanı avans ödənişləri, akkreditiv, faktorinq, qarantiyalar, ixrac fəaliyyəti üçün nəzərdə tutulan kreditlər və s. haqqında sahibkarlara məlumat veriləcəkdir.  Təlimlə bağlı ətraflı məlumatı-http://iqtisadiislahat.org/registration/  saytından əldə etmək mümkündür. İştirak etmək istəyən fiziki və hüquqi şəxslər həm də göstərilən link vasitə ilə qeydiyyatdan keçə bilərlər.

Tədbir yalnız sahibkarlar və biznes nümayəndələri üçündür. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16), 2018-ci il, noyabr ayının 21-i saat 10:00-da başlayacaq təlim ödənişsizdir.

Details

Tarix:
Noyabr 21, 2018
Time:
10:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top