skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Öz biznesini qurmaq istəyən xanımların diqqətinə!

Noyabr 6, 2018 / 8:00 səhər - 5:00 axşam UTC+4

Sizin dərzi, bərbər, vizajist, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, tikiş, dizayner və başqa peşələr üzrə bilik və bacarıqlarınız varsa, bu bacarıqlardan istifadə edib öz biznesini qura bilərsiniz.

Bununla əlaqədar olaraq Sizi “Sahibkarlığın əsasları” mövzusunda təlimə dəvət edirik. Təlim Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ilə birgə  həyata keçirdiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində keçirilir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Bakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən layihənin məqsədi qadınlarda sahibkarlıq düşüncəsini inkişaf etdirmək, yeni bizneslərin yaradılmasına təkan verməkdir.

Yekunda təlimdə iştirak edən və biznes planlar hazırlayan qadınlar arasında kiçik qrant müsabiqəsi keçiriləcəkdir. Müsabiqədə qalib gələn 50 qadına sahibkarlıq fəaliyyəti üçün maliyyə dəstəyi (qrant) ayrılacaqdır.

Təlimdə iştirak etmək istəyən xanımlardan qeydiyyatdan keçmələri tələb olunur.

Son müraciət tarixi: 9 noyabr, 2018-ci il 18:00-dək.

Təlim 10-11 noyabr, 2018-ci il  tarixlərində 10:00-dan 17:00 kimi, Bakı, Həsən Əliyev küçəsi 57,  ünvanında keçiriləcək.

 

Əlaqələndirici şəxs:

Elmira Balıyeva

Tel: (994 12) 465 72 42 (daxili: 113)

E-mail: ebaliyeva@ask.org.az

 

Details

Tarix:
Noyabr 6, 2018
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top