skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Özbəkistanda beynəlxalq sərgi keçiriləcək

May 24, 2019 - May 26, 2019

Hörmətli sahibkarlar,

Sizi 1960-cı ildən bəri təşkil olunan Namanqan Gül Festivalı çərçivəsində 24-26 may 2019-cu il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Daşkənd şəhər hökuməti, Özbəkistanın Gül Bağbanları Assosiasiyası, Özbəkistan Ticarət və Sənaye Palatasının, “UZEXPSERVICE” MMC və Namanqan şəhər hökumətinin birgə təşkilatçılığı və Özbəkistan hökumətinin dəstəyi ilə keçiriləcək “Flowers & Garden Expo Uzbekistan” beynəlxalq sərgisində iştirak etməyə dəvət edirik.

Sahələr:

  • Güllər, bitkilər və toxumlar
  • Gülçülük və dizayn
  • Bağ dekorasiyası
  • Bağ və çəmənlik dekorasiyası
  • Bağ və landşaft
  • İstixanalar
  • Model bağlar
  • Bağ alətləri və aksesuarları
  • Dekorativ əşyalar və aksesuarlar

Sərgidə iştirak etməklə tarixi şəhərlərə (Namanqan, Səmərqənd, Buxara) 3 günlük səyahət və transfer (Hava limanı-otel-hava limanı və Otel-sərgi zalı-otel) ilə təmin olunma şansı əldə edəcəksiniz.

24-26 may – Sərgi-Daşkənd şəhəri

27 may – Festival, Qala şam yeməyi-Namanqan şəhəri

28 may – Şəhər turu – Səmərqənd

29 may – Şəhər turu – Buxara

Sərgi haqqında əlavə məlumat ilə aşağıdakı vebsəhifədən tanış ola bilərsiniz:

www.uzexposervice.uz

Details

Start:
May 24, 2019
End:
May 26, 2019
Tədbir Category:
Back To Top