skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Özbəkistanın Namanqan və Taşkənd vilayətlərində həyata keçiriləcək investisiya layihələri

Aprel 13, 2021 - May 31, 2021

“FRUITS SEASON GROUP” şirkəti tərəfindən təşkil ediləcək Aqroklaster

İlk dəfə olaraq 2016-cı ildə Özbəkistanda fəaliyyətə başlayan “FRUITS SEASON GROUP” şirkəti meyvə və tərəvəz çipslərinin istehsalı ilə məşğuldur.

Şirkət müxtəlif növ ərzaq məhsullarına olan tələbatı və Özbəkistanın aqrar sektorunun inkişaf tendensiyalarını öyrənməklə həm özbək, həm də dünya bazarlarının tələbatını ödəyəcək Aqroklaster təşkil edəcəkdir.

Layihəyə çərçivəsində planlaşdırılır:

  • 10 ha yüksək texnologiyalı istixana, 100 ha intensiv bağın yaradılması və 100 ha damcı suvarma yolu ilə tərəvəzlərin yetişdirilməsi;
  • 13,000 tonluq sənaye soyuducusu kompleksinin tikilməsi;
  • Meyvə-tərəvəz məhsullarının emalı, çeşidlənməsi, qurudulması və ixracı aqroloji mərkəzin təşkili
  • 650-yə yaxın yeni iş yerinin yaradılması.

Bundan əlavə, bildirmək istərdik ki, şirkətin məhsullarının ISO 22000 uyğunluq sertifikatı, halal sertifikatı və istehsal olunan məhsulda GMO-nun olmamasını təsdiq edən sertifikatı mövcuddur.

“Namanqan” investisiya layihələri

Özbəkistanın Namanqan vilayətində bir sıra investisiya layihələrinin həyata keçirilməsi planlaşdırılır.

 Həmin layihələrin əhatə edəcəyi sahələr aşağıdakılardır:

  • Toxuculuq məmulatlarının boyanmasının təşkili (iplərin, trikotaj parçaların və səpilən parçaların bəzədilməsi)

Layihənin ümumi dəyəri: 30 milyon dollar

Tələb olunan investisiya: 22,5 milyon dollar

Qaytarılma müddəti: 41 ay

  • Quşçuluq kompleksinin yaradılması (toyuq)

Layihənin ümumi dəyəri: 55 milyon dollar

Tələb olunan investisiya: 41 milyon dollar

Qaytarılma müddəti: 52 ay

  • İldə min ton pektin istehsalının təşkil edilməsi

Layihənin ümumi dəyəri: 20 milyon dollar

Tələb olunan investisiya: 15 milyon dollar

Qaytarılma müddəti:  51 ay

  • Qaz, dizel və digər yanacaq növləri üzrə işləyən iri sənaye generatorlarının istehsalı

Layihənin ümumi dəyəri: 30 milyon dollar

Tələb olunan investisiya: 22,5 milyon dollar

Qaytarılma müddəti: 42 ay

  • Müşahidə kameralarının, domofonların, videoyazıların (avtomobillər üçün) və digər elektrotexniki məhsulların istehsalı

Layihənin ümumi dəyəri: 22 milyon dollar

Tələb olunan investisiya: 16 milyon dollar

Qaytarılma müddəti: 54 ay

Layihələr barədə daha ətraflı məlumatı info@cdip.uz vasitəsilə əldə etmək mümkündür.

Details

Start:
Aprel 13, 2021
End:
May 31, 2021
Tədbir Categories:
,
Back To Top