skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

HACCP prinsipləri

Mart 30, 2021 / 4:00 axşam - 5:00 axşam UTC+4

Hörmətli Sahibkar!
Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində ZOOM platforması üzərindən ASK üzvləri üçün silsilə təlim paketi planlaşdırılmışdır. Üçüncü etap olaraq Qida Təhlükəsizlik Agentliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə 30 mart 2021-ci il tarixində “HACCP prinsipləri” mövzusunda vebinar keçiriləcəkdir. HACCP (Hazard Analysis and Critical Control Points) – Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri sistemi, qida zəncirini əhatə edən bütün müəssisələrdə tətbiq edilə bilən, özündə qida sahəsi risk əsaslı yanaşmanı ehtiva edən bir sistemdir.
Təlimçi: Seymur Qafarov, Təlim və konsaltinq şöbəsində aparıcı mütəxəssis
Saat: 16:00 – 17:00
Vebinar aşağıdakı alt-mövzuları əhatə edəcəkdir:
• Müəssisədə layihələndirmə, işıqlandırma və havalandırma sisteminə dair tələblər
• Xammalın, hazır qida məhsullarının, taranın, qabların təhlükəsizliyinə və keyfiyyətinə olan tələblər
• Düzgün daşınma və saxlanma qaydaları
• Bina və digər obyektlərində istifadə olunan avadanlıqların obyektin yerləşmə planına uyğun olaraq dizaynı, mühəndisliyi və quraşdırılması
Seminarda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün əlaqələndirici şəxsə aşağıdakı məlumatları göndərməyiniz xahiş olunur:
– təmsil edilən qurum
– icra edilən vəzifə
– e-mail ünvanı
– telefon nömrəsi
Seminarda iştirak etmək üçün gərəkli zoom link ancaq qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.
Əlaqələndirici şəxs:
Elmira Balıyeva
Baş mütəxəssis
E-mail: ebaliyeva@ask.org.az
Tel: +994 12 465 76 92 / daxili 119

Details

Tarix:
Mart 30, 2021
Time:
4:00 axşam - 5:00 axşam
Tədbir Category:
Back To Top