skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Qida müəssisələrində qabaqcıl gigiyena təcrübəsinin (GHP) təmin edilməsi

Mart 11, 2021 / 4:00 axşam - 5:00 axşam UTC+4

Hörmətli Sahibkar!
Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində ZOOM platforması üzərindən ASK üzvləri üçün silsilə təlim paketi planlaşdırılmışdır.
Ikinci etap olaraq Qida Təhlükəsizlik Agentliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə 11 mart 2021-ci il tarixində “Qida müəssisələrində qabaqcıl gigiyena təcrübəsinin (GHP) təmin edilməsi” mövzusunda vebinar keçiriləcəkdir.
Təlimçi: Vüsal Əmirxanov, Təlim və konsaltinq şöbəsində aparıcı mütəxəssis
Saat: 16:00 – 17:00
Vebinar aşağıdakı alt-mövzuları əhatə edəcəkdir:
• Müəssisədə layihələndirmə, işıqlandırma və havalandırma sisteminə dair tələblər
• Xammalın, hazır qida məhsullarının, taranın, qabların təhlükəsizliyinə və keyfiyyətinə olan tələblər
• Mal qonşuluğu prinsipi
• Qidalanma obyektinin təşkil edilməsinə dair sanitariya-gigiyena tələbləri
• Texnoloji avadanlıq və inventar ilə təchizata, avadanlığa, inventara olan tələblər
• Düzgün daşınma və saxlanma qaydaları
• Bina və digər obyektlərində istifadə olunan avadanlıqların obyektin yerləşmə planına uyğun olaraq dizaynı, mühəndisliyi və quraşdırılması
• Qida obyektində olan ziyarətçilər və qonaqlar haqqında qaydalar
Seminarda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün əlaqələndirici şəxsə aşağıdakı məlumatları göndərməyiniz xahiş olunur:
 təmsil edilən qurum
 icra edilən vəzifə
 e-mail ünvanı
 telefon nömrəsi
Seminarda iştirak etmək üçün gərəkli zoom link ancaq qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.
Əlaqələndirici şəxs:
Elmira Balıyeva
Baş mütəxəssis
E-mail: ebaliyeva@ask.org.az
Tel: +994 12 465 76 92 / daxili 119

Details

Tarix:
Mart 11, 2021
Time:
4:00 axşam - 5:00 axşam
Tədbir Category:
Back To Top