skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Birİnci Qadınlar

Mart 5, 2021 / 3:00 axşam - 4:00 axşam UTC+4

Dəyərli Xanımlar!

Bildiyiniz kimi, müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının təmin edilməsində əsas məqamlardan biri də tək güclü yox, eyni zamanda zərif cinsin nümayəndələrinin ictimai fəallıq dərəcəsindən asılıdır. Bəşər tarixi sübut edir ki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern xarakterə malikdir. İradə və mərdliyi, saflıq və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan Qadını tarix boyu milli-mənəvi dəyərlərin formalaşması, inkişaf etməsində müstəsna rol oynayıb. Dövrümüzdə Azərbaycan Qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib və zərif cinsin nümayəndələri qayğıkeş ana olmaqla yanaşı iş dünyasının müxtəlif sahələrində də birincidirlər.

Böyük məmnuniyyətlə, hər sahədə birinci olan xanımlarımızı “8 mart Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı və tanınmış yazıçı Çingiz Abdullayevin iştirakı ilə motivasiya xaraketli onlayn görüşə dəvət edirik. Görüş zamanı tanınmış yazıçı ilə maraqlı söhbətlər, müzakirələr nəzərdə tutulmuşdur.

Təşkilati dəstək:

La Aristocratie Jewellery və Marmiland Home Bakery

Tədbirin tarixi: 5 mart, saat: 15:00

Qeydiyyat üçün link: https://forms.gle/6KHrZzToryuyQDAr9

Qeydiyyatdan keçən iştirakçılara onlayn görüşə qoşulmaq üçün Zoom link göndəriləcəkdir.

Son qeydiyyat tarixi: 03.03.2021

Details

Tarix:
Mart 5, 2021
Time:
3:00 axşam - 4:00 axşam
Tədbir Category:
Back To Top