skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III regional forum keçiriləcək

Aprel 6, 2019 / 9:00 səhər - 2:00 axşam UTC+4

Hörmətli sahibkarlar,

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 yanvar 2019-cu il tarixində regionların, o cümlədən, kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanı imzalamışdır.

Bu fərmandan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə 6 aprel 2019-cu il tarixində Ağstafa rayonunda region sahibkarları və bir sıra dövlət qurumlarının iştirakı ilə “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III regional forumun keçirilməsi planlaşdırılır. Forumda Ağstafa rayon İcra hakimiyyəti, Qazax rayon İcra hakimiyyəti, Tovuz rayon İcra hakimiyyəti, AR İqtisadiyyat Nazirliyi, AR Vergilər Nazirliyi, AR Kənd Təsərrüfatı Nazirliyi, AR Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, AR Dövlət Gömrük Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Dövlət Reklam Agentliyinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Forumda baş tutacaq “Regionlarda kiçik və orta biznesin inkişafında dövlət mexanizminin icrası” və “Dövlət – özəl dialoqu” adlı panellərdə qeyd olunan dövlət qurumları tərəfindən bir sıra təqdimatlar nümayiş etdiriləcək və sahibkarların fəaliyyət istiqamətləri ilə bağlı sualları aidiyyatı olaraq cavablandırılacaq.

Details

Tarix:
Aprel 6, 2019
Time:
9:00 səhər - 2:00 axşam
Tədbir Category:
Back To Top