skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Sahibkarlara maliyyə hesabatlarının hazırlanmasına dair dəstək göstərilir

Dekabr 20, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4

Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə birhəftəlik müntəzəm “Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda təlimlərə start verilib.

Təlimlərin keçirilməsində əsas məqsəd demokratik cəmiyyətin mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, yeni hesabatvermə formalarının tətbiqi, maliyyə hesabatlılığı sahəsində qabaqcıl təcrübənin tətbiqi və bu sahədə sahibkarlara öz töhfələrini verməkdən ibarətdir.

Təlimlər “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi. şirkətinin Azərbaycanda filialının, “Deloitte & Touche” MMC-nin, “Praysvoterhauskupers Audit Azərbaycan” MMC-nin, “Barattson School of Business & Finance” Tədris Mərkəzinin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri və Auditorlar Palatasının üzvləri tərəfindən ASK-da keçirilir. Təlimlər müvafiq dövlət qurumlarının, kommersiya təşkilatlarının, ictimai birliklərin, bankların, holdinqlərin mütəxəssisləri üçün nəzərdə tutulub. Hazırda təlimdə 30 mütəxəssis iştirak edir. Təlimlərin sonunda dinləyicilərə hər iki qurumun birgə təsdiq etdiyi sertifikatlar veriləcək.

Belə təlimlərin gələcəkdə də keçirilməsi planlaşdırılır.

 

 

Details

Tarix:
Dekabr 20, 2017
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top