skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

SANTEK 2017 – Şərqi Mərmərənin IV Sənaye və Texnologiya sərgisi

Noyabr 2, 2017 / 8:00 səhər - Noyabr 4, 2017 / 5:00 axşam UTC+4

Türkiyənin Kocaeli şəhərində, “TUYAP” sərgi və konqres mərkəzində Avrasiyanın ən böyük tikinti sənayesi sərgisi keçiriləcəkdir.

Türkiyənin “TUYAP” sərgi təşkilatçısı sərgi iştirakçıları üçün aşağıda qeyd olunan xərcləri öz üzərinə götürür:

  • Kocaeli şəhərində 5 ulduzlu oteldə səhər yeməyi  daxil olmaqla üc gün / iki gecə qonaqlama
  • Oteldən sərgi kompleksine transfer xidməti

Qeyd: Zəhmət olmasa, öncədən Single room (bir nəfərlik) ve ya Double room (iki nəfərlik) seçiminizi Azərbaycan Sahibkarlar Konfederasiyasına  bildirəsiniz.

Maraqlanan şəxslərdən  xarici pasportların və aviabiletlərin sürətini bizə təqdim etmələrini xahiş edirik. Bundan əlavə, sərgi kompleksinə ödənişsiz daxil ola bilmək üçün qeyd olunan linkə daxil olaraq http://forms.tuyap.com.tr/davetiye/indexen.php?Fid=1438   qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan sonra əldə edəcəyiniz qeydiyyat nömrəsini MÜTLƏQ bizə təqdim etməniz xahiş olunur. Qeydiyyat əsnasında daxil etdiyiniz mail ünvanına elektron ID kartını çap edərək sərgi kompleksinə daxil olduğunuz zaman üzərinizdə götürməniz xahiş olunur.

Son qeydiyyat tarixi: 27.10.2017

Əsas sərgi sahələri

  • İstehsal avadanlıqları və emal sənayesi
  • Energetika, elektronika, avtomatlaşdırma
  • Avtomobil və təchizat sənayesi
  • Liman, gəmi – təmiri zavodları, dəniz sənayesi
  • Dəmir, polad, əlvan metallar
  • Metal, plastik, istehsal texnologiyaları və instrumentlər
  • Boru emalı maşınları / qurğular, boyalar
  • Preslər
  • Lazer kəsmə maşınları
  • Zavodlar üçün avadanlıqlar
  • Emal və konveyer sistemləri
  • Avtomatlaşdırma sistemləri və proqram təminatı
  • CAD и CAM texnologiyaları
  • Ölçmə və keyfiyyətə nəzarət qurğuları
  • Kəsici texnologiyalar
  • Hidravlik və pnevmatik sistemlər
  • Yardımçı sənaye avadanlıqları və materialları
  • Soyuducu mayelər və yağlar
  • Biznes və iş yerinin təhlükəsizliyi üçün avadanlıqlar

Details

Start:
Noyabr 2, 2017 / 8:00 səhər
End:
Noyabr 4, 2017 / 5:00 axşam
Tədbir Category:
Back To Top