skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Şirkətlərin elastiklik və innovativlik strategiyaları

May 22, 2020 / 9:00 axşam - 10:00 axşam UTC+4

Hörmətli Sahibkar!

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Sizi, 22 may 2020-ci il tarixində saat 21:00-da “Şirkətlərin elastiklik və innovativlik strategiyaları” mövzusunda STEM Təhsil Mərkəzinin və Amerikan brendi olan “Engineering For Kids” şirkətinin Azərbaycan üzrə təmsilçisi Rüfət Əzizovun moderatorluğu ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının Facebook platforması üzərindən canlı yayıma dəvət edirik.

Seminar əsnasında aşağıdakı mövzulardan bəhs olunacaq:
• Qeyri – adi krizis dövrlərində şirkətlərin idarə olunmasının əsas meyarları. Dəyərlərin, qərarların və strategiyanın şəffaf komunikasiyası.
• Elastiklik (tez yenilənmə) strategiyası, şirkətlərin krizis dövründə daha çevik addımlar atması üçün gələcək layihə və əməliyyat planlarına tövsiyyələr.
• Pandemiya dövründə müştəri davranışlarının dəyişməsinin gündəmdə saxlanılması və nəticələrin bizneslərə uyğunlaşdırılması.
• Post-pandemiya dövrüdə yeni biznes imkanlarının strateji hədəflərə, əməliyyat imkanlarına və müştəri gözləntilərinə uyğun dəyərləndirilməsi.
• İnnovativlik Strategiyasının effektiv idarə olunması. Yeni formalaşan ekosistemə uyğun biznes model, proseslər və məhsulların yenilənməsi İnnovativlik Strategiyasının tərkib hissəsi kimi.

Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyinizi xahiş edirik: facebook.com/sahibkarlar

Details

Tarix:
May 22, 2020
Time:
9:00 axşam - 10:00 axşam
Tədbir Category:
Back To Top