skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Turizm sənayesi üzrə iş yarmarkası keçiriləcək

Mart 12, 2019 / 10:00 səhər - Mart 13, 2019 / 5:00 axşam UTC+4

Hörmətli sahibkarlar,

Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin “Young Card” layihəsi çərçivəsində gənclərin turizm sənayesində məşğulluq probleminin aradan qaldırılması məqsədi ilə 12 – 13 aprel tarixlərində “Agro Mall” ticarət mərkəzində iş yarmarkası təşkil ediləcək. Tədbirdə işsiz və iş axtaran vətəndaşlara dövlət və qeyri-dövlət sektoruna aid 100-dən çox müəssisə üzrə boş iş yerləri təqdim ediləcək. Yarmarka zamanı müəssisələrdə qeydiyyatdan keçmiş iştirakçılar 1 ay müddətində müxtəlif sahələrdə təcrübə proqramlarında iştirak imkanı qazanacaqlar.

10:00- 17:00  Yarmarka
17:00- 19:00 Əyləncəli şou proqram.

Şou proqrama daxildir:
Canlı musiqi,
İdman nümayişi,
Hədiyyəli əyləncəli oyunlar,
Yarışmalar və digər maraqlı konkurslar.

İş yarmarkasında iştirak edə biləcək şirkət və qurumlar:
♦ Turizm şirkətləri,
♦ Otellər,
♦ Restoranlar,
♦ Dəniz kənarı əyləncə mərkəzləri,
♦ Klinikalar,
♦ Sığorta şirkətləri,
♦ Banklar və s.

Qeydiyyatdan keçmək üçün son tarix – 9 aprel.

Əlaqələndirici şəxs:

Nurlana Həsənova

+99412 465 76 92 (daxili 114)

nhasanova@ask.org.az

 

Details

Start:
Mart 12, 2019 / 10:00 səhər
End:
Mart 13, 2019 / 5:00 axşam
Tədbir Category:
Back To Top