- This event has passed.
Türkmənistan səfirliyi iki ölkənin özəl sektoru arasında əlaqələrin inkişafında maraqlıdır
Mart 15, 2018 / 8:00 səhər - 5:00 axşam UTC+4
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyevlə görüşüb. Görüşdə iki ölkənin özəl sektoru arasında iqtisadi sahədə mövcud vəziyyəti, ticarət əlaqələrinin, investisiya imkanlarının və gələcək əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib.
Görüş zamanı Azərbaycan iqtisadiyyatı, xüsusilə də özəl sektor haqqında ətraflı məlumat verən Məmməd Musayev son vaxtlar ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühitindən, bu sahəyə göstərilən dövlət qayğısından söhbət açıb. Qardaş Türkmənistan və Azərbaycan xalqlarının əsrlərdən bəri dostluq və əməkdaşlıq münasibətlərindən danışan Məmməd Musayev bildirib ki, iki ölkə arasında iqtisadi, nəqliyyat sahələrində əməkdaşlıq nümunələrimiz var. Bununla yanaşı özəl sektorun digər sahələrində də əlaqələrin inkişaf etdirilməsinə ehtiyac duyulur . M.Musayev türkmən iş adamlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Səkkiz aydır ölkəmizdə diplomatik fəaliyyət göstərdiyini deyən Mekan İşanquliyev bildirib ki, səfir təyin olunduğu vəzifədə qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi istiqamətində iş aparır. İqtisadi sektorda əlaqələrin inkişafında maraqlı olduğunu deyən diplomat, gələckdə Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlıq etmək niyyətində olduğunu diqqətə çatdırıb.
Görüşün sonunda Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Türkmənistanın Ticarət və Sənaye Palatası arasında gələcək əməkdalıq əlaqələrinin qurulmasına dair razılığa gəlinib.