skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

UNEC təlimlər təşkil edir

Noyabr 1, 2018 - Noyabr 7, 2018

Hörmətli sahibkarlar,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə UNEC-də təlimlər keçiriləcək.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 nömrəli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin tətbiq edilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə UNEC-in “Strateji Plan”ı təsdiq edilmişdir. Qeyd edilən planın “KOS subyektlərinin maliyyə savadlılığınının artırılması” bölməsinin 2.2.2 bəndindəki “KOS subyektlərinin fəaliyyətinə vergi siyasətinin təsirləri və KOS subyektləri üçün vergi hesablamaları” mövzusunda 01 noyabr 2018-ci il və “KOS subyektlərinə marketinq dəstəyi: ticarət markası, məhsulların bazarda brendləşməsi, mövqe tutması və irəliləməsi” mövzusunda 07 noyabr 2018-ci il tarixində bir günlük təlimlər keçiriləcək.

UNEC-in Karyera Mərkəzinin direktoru, Gənc Müəllimlər Şurasının üzvü Ramil Cabbarovun aparacağı təlim marketinq strategiyalarının qurulmasında müştəri davranışları, qiymət siyasətinin müəyyənləşdirilməsi, məhsul anlayışı və kommunikasiya mesajının təyini, reklam strategiyalarının seçim meyarları, marketinq auditi və təkmilləşmə mexanizmləri, digital marketinq, marketinq büdcəsinin qurulması və istifadə meyarları, minimum büdcə ilə maksimum təbliğat, Big Data, və marketinq araşdırmalarını əhatə edəcək. Kiçik və orta sahibkarlıq subyektlərinin təmsilçilərini həmin təlimlərdə iştirak etməyə dəvət edirik.

Sözügedən təlimlərdə iştirak etmək üçün göstərilən linkə https://sahibkarliq.typeform.com/to/aWQ1LP  daxil olaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

Təlim 7 noyabr saat 16:00-da UNEC-in əsas tədris binasında (İstiqlaliyyət küçəsi 6, 305 saylı otaq) olacaq.

QEYD: Təlimə buraxılış səxsiyyət vəsiqəsi ilə təmin olunacaq.

Əlaqələndirici şəxs:

Elmira Balıyeva

Tel: (994 12) 465 72 42 (daxili: 113)

E-mail: ebaliyeva@ask.org.az

Details

Start:
Noyabr 1, 2018
End:
Noyabr 7, 2018
Tədbir Category:
Back To Top