skip to Main Content

Qazaxıstanın ticarət-iqtisadi missiyasının Bakı səfəri uğurlu oldu

Qazaxıstanın Ticarət-iqtisadi Missiyasının Bakı Səfəri Uğurlu Oldu

9-11 sentyabr tarixlərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və  Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Bakıda Qazaxıstan sahibkarlarının iştirakı ilə biznes forum keçirilib.

Ticarət-iqtisadi missiyası Qazaxıstan sahibkarları Azərbaycanın biznes dairələri, eləcə də türk dünyasının bir sıra digər ölkələrinin Bakıdakı missiyaları ilə ikitərəfli B2B görüşləri keçiriblər.

Ticarət-iqtisadi missiyada Qazaxıstanın qida məhsulları, metallurgiya və metal emalı, İT xidmətləri, inşaat və maşınqayırma sənayesi sahəsində fəaliyyət göstərən 19 əmtəə istehsalçısı, Azərbaycan tərəfindən isə 70-dən çox alıcı şirkət iştirak edib.

Azərbaycanın iri ticarət şəbəkələri və distribütorları ilə görüşlər təşkil olunub.

Danışıqların və görüşlərin sonunda bir sıra ixrac müqavilələri və əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

Xüsusilə azərbaycanlı tərəfdaşlarla lokomotiv, metal çəllək, mebel, duz, qənnadı məmulatları və s. tədarükünə dair razılıq əldə olunub.

Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi məlumatna görə, Bakıda bağlanmış müqavilələrin ümumi dəyəri 32,9 milyon dollar təşkil edib. İş adamları öz məhsullarının Azərbaycana tədarükü ilə bağlı danışıqlar prosesini davam etdirirlər.

Back To Top