- This event has passed.
Vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları
İyun 2, 2021 / 4:00 axşam - 5:00 axşam UTC+4
Hörmətli Sahibkar!
Sizi, Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarların maarifləndirilməsi məqsədilə UHY LLC şirkətinin Vergi və Hüquq məsələləri üzrə Direktoru Tural Həsənlinin moderatorluğu ilə ZOOM platforması üzərindən 02 iyun 2021-ci il tarixində saat 16:00 – 17:00-da “Vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları” mövzusunda təşkil olunacaq vebinarda iştirak etməyə dəvət edir.
Bildiyiniz kimi, vergi orqanı tərəfindən kameral və səyyar qaydada aparılan vergi yoxlamaları nəticəsində sahibkarlar tərəfindən hüquqpozuntusu ilə bağlı faktlar müəyyənləşdirildiyi halda vergi məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq olunur. Təlim vasitəstilə maliyyə sanksiyalarına məruz qalmamaq üçün sahibkarlar hansı hərəkətlərin (hərəkətsizliyin) hüquqpozuntusu olduğu barəsində məlumata sahib olmaqla yanaşı müzakirələrdə iştirak etmək imkanı, eləcə də mövzu ilə bağlı suallara cavab ala biləcəklər.
Vebinarda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün əlaqələndirici şəxsə aşağıdakı məlumatları göndərməyiniz xahiş olunur:
- Ad, Soyad
- Təmsil edilən qurum
- İcra edilən vəzifə
- E-mail ünvanı
- Telefon nömrəsi
Qeyd: Vebinarda iştirak etmək üçün gərəkli zoom link ancaq qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.
Əlaqələndirici şəxs:
Elmira Balıyeva
Baş mütəxəssis
E-mail: ebaliyeva@ask.org.az
Tel: +994 12 465 76 92 / daxili 119