skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Pandemiya dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində əmək münasibətlərinin tənzimlənilməsi

İyun 4, 2021 / 4:00 axşam - 5:00 axşam UTC+4

Hörmətli sahibkarlar!

Miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən qurum olan Dövlət Miqrasiya Xidməti ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün məlumatlandırıcı seminarların müştərək təşkilini planlaşdırırıq.

Bu məqsədlə, Sizi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü və Dövlət Miqrasiya Xidmətinin dəstəyi ilə sahibkarların məlumatlandırılması məqsədi ilə 04.06.2021 tarixində ZOOM platforması üzərindən saat 16:00-17:00-da təşkil olunacaq videogörüşdə iştirak etməyə dəvət edirik.

Tədbirin mövzusu: Pandemiya dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində əmək münasibətlərinin tənzimlənilməsi.

Qeydiyyat üçün əlaqələndirici şəxsə aşağıdakı məlumatları göndərməyiniz xahiş olunur:

  • Ad, Soyad
  • Təmsil edilən qurum
  • İcra edilən vəzifə
  • E-mail ünvanı
  • Telefon nömrəsi

Tədbiriln linki işçi qaydada təqdim olunacaq.

Əlaqələndirici şəxs:

Elmira Balıyeva

Baş mütəxəssis

E-mail: ebaliyeva@ask.org.az

Tel: +994 12 465 76 92 / daxili 119

Details

Tarix:
İyun 4, 2021
Time:
4:00 axşam - 5:00 axşam
Tədbir Category:
Back To Top