skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Qazaxıstan Respublikasında biznes mühiti və investisiya imkanları

İyun 29, 2021 / 3:00 axşam - 4:00 axşam UTC+4

Hörmətli #sahibkar!
Sizi, 29 iyun 2021-ci il tarixində saat 15:00-da keçirilməsi planlaşdırılan “Qazaxıstan Respublikasında #biznes mühiti və #investisiya imkanları” mövzusundakı vebinarda iştirak etməyə dəvət edirik.
#Vebinar-da, Azərbaycan Sahibkarlar Konfederasiyasının Qazaxıstan Respublikası üzrə nümayəndəsi cənab Zakir Binnətli aşağıdakı mövzularda çıxış edəcəkdir:
– Qazaxıstan Respublikasında mövcud olan Azad İqtisadi Zonalar və Sənaye Parkları;
– Azad İqtisadi Zonalar və Sənaye Parklarında investisiya imkanları;
– İnvestisiya yatırılması üçün daha əlverişli olan sənaye sahələri (fabriklər və zavodlar);
– Azad İqtisadi Zonalar və Sənaye Parklarında investisiya üçün tələb olunan sənədlər və investisiya həcmi;
– Qazaxıstan Respublikasında mövcud investisiya layihələri.
Qeyd edək ki, Zakir Binnətli Qazaxıstanda fəaliyyət göstərən “Aromat MMC”nin Baş direktorudur və Nur-Sultan şəhərindəki Azad İqtisadi Zonada inşa olunan parfümeriya zavodunun tikintisinə və istismara verilməsinə rəhbərlik edir. Zavod Nur-Sultan şəhərində Azərbaycan mənşəli ilk investisiya layihəsidir.
Vebinara qoşulmaq üçün qeyd olunan link vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur:
Əlaqələndirici şəxs:
Elmira Balıyeva
Baş mütəxəssis
E-mail: ebaliyeva@ask.org.az
Tel: +994 12 465 76 92 / daxili 119

Details

Tarix:
İyun 29, 2021
Time:
3:00 axşam - 4:00 axşam
Tədbir Category:
Back To Top