skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

İnformasiya təhlükəsizliyi və onun biznes üçün əhəmiyyəti

İyul 9, 2021 / 8:00 səhər - 5:00 axşam UTC+4

Hörmətli #Sahibkar,
 
Müasir dövrdə biznesin genişləndirilməsi və səmərəliliyinin artırılmasında müasir texnologiyalardan istifadə və rəqəmsal transformasiya prosesi #kiber hücumların daha da artmasına təkan vermişdir. Bu səbəbdən, Azərbaycan Sahibkarlar Konfederasiyası (#ASK) və kibertəhlükəsizlik sahəsində bir sıra xidmət və məhsullar təklif edən #DEFSCOPE şirkətinin təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi və onun biznes üçün əhəmiyyəti” mövzusunda ödənişsiz maarifləndirmə vebinarları həyata keçirilməsi planlaşdırılır.
 
İnformasiya Təhlükəsizliyi sahəsində məlumatlılığınızı artırıb özünüzü və biznesinizi kiber təhlükələrdən qoruya bilmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçməklə müraciətinizi göndərə bilərsiniz.
 
Qeydiyyat üçün link: https://forms.gle/yqcdgZFYH8Sh5NXL8
 
#Vebinar eyni mövzuda ayda bir dəfə olmaqla üç ay təşkil olunacaq. İlk online maarifləndirmə vebinarı Defscope şirkətinin təsisçi və direktoru Vüsal Salmanlı ilə informasiya təhlükəsizliyi üzrə mütəxəssis Xəyalə Əliyevanın təqdimatında 13.07.2021 tarixində #ZOOM platforması üzərindən saat 11:00 – da keçiriləcək.
Təlimçilər:
Vusal Salmanli (MSc, CISA, CISM, CEH, CDPSE) İKT sahəsində 12 ildən artıq təcrübəyə, nəzəri biliklərə malik peşəkar məsləhətçi və idarəçidir. DEFSCOPE şirkətindəki fəaliyyəti ilə yanaşı Vüsal bəy həm də ABŞ-ın Sirius Computer Solutions şirkətində Kiber Təhlükəsizlik Xidmətləri üzrə Aparıcı Məsləhətçidir.
 
Xəyalə Əliyeva (Khayala Ali) (MSc, Security+) 2019-ci ildən DEFSCOPE MMC-də İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis kimi fəaliyyət göstərir. Sahə üzrə dünyanın ən tanınmış sertifikatlarını (Security+, NSE 1, NSE 2, NSE 3, Google IT Support və s) əldə etmiş, hal-hazırda şirkətdəki fəaliyyəti ilə yanaşı magistr təhsilini Kompyuter təhlükəsizliyi üzrə davam etdirir.
 
#Təlim haqqında daha ətraflı məlumat üçün bu linki nəzərdən keçirə bilərsiniz: https://drive.google.com/file/d/19naH3pWTuO1a6v1GD0fidTgWLNixoYp2/view?usp=sharing
 
Əlaqələndirici şəxs:
Elmira Balıyeva
Baş mütəxəssis
Tel: +994 12 465 76 92 (daxili 119)
E-mail: ebaliyeva@ask.org.az

Details

Tarix:
İyul 9, 2021
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top