skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Bakıda hədiyyələr və promo məhsulların sərgisi keçiriləcək

Sentyabr 20, 2018 / 9:00 səhər - Sentyabr 22, 2018 / 5:00 axşam UTC+4

Hörmətli sahibkarlar!

20 – 22 sentyabr tarixlərində “Boulevard Hotel Baku” otelində ilk dəfə Hədiyyələr və Promo Məhsulları “Gift&Promo Fair 2018” sərgisi keçiriləcəkdir.

Üç gün ərzində sərgi, yerli və xarici şirkətləri bir araya gətirərək, geniş çeşidli, yüksək keyfiyyətli məhsullarla tanış olmaq üçün müstəsna bir imkan yaradacaq.

Sərgidə Azərbaycan, Almaniya, Rusiya, Ukrayna, Yaponiya və digər ölkələri təmsil edən şirkətlər:
– promo məhsullar
– VIP, korporativ, xüsusi sifarişlə hazırlanan hədiyyələr
– biznes suvenirlər
– hədiyyə qutuları
– dəri məhsulları: qovluqlar, çantalar, pul kisələri və s.
– zərgərlik məmulatları
– tekstil: hər növ bayraq istehsalı, gödəkcələr, şərflər, şapkalar və s. təqdim edəcəklər.

Sizi sözügedən sərgidə iştiraka dəvət edirik.

Tədbirdə iştirak edəcəyiniz təqdirdə, göstərilən keçidə “Gift&Promo Fair 2018” daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.

Əlaqələndirici şəxs:
Nurlana Həsənova
nhasanova@ask.org.az
(+994 12) 465 7242 (daxili 112)

Details

Start:
Sentyabr 20, 2018 / 9:00 səhər
End:
Sentyabr 22, 2018 / 5:00 axşam
Tədbir Category:
Back To Top