skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Stavropolda “AqroYuq – 2018” 4-cü Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

Sentyabr 20, 2018 / 9:00 səhər - Sentyabr 23, 2018 / 5:30 axşam UTC+4

Hörmətli sahibkarlar!

Rusiya Federasiyasının Stavropol vilayətinin Ticarət Sənaye Palatası (TSP) ilə əldə edilmiş razılığa əsasən, 20-23 sentyabr 2018-ci il tarixlərində Stavropol şəhərində “AqroYuq – 2018” ənənəvi 4-cü Beynəlxalq İnvestisiya Forumu, habelə məhsul bayramının təşkili ilə bağlı, Azərbaycan nümayəndə heyətinin həmin bölgəyə işgüzar səfəri baş tutacaqdır.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Stavropol Ticarət Sənaye Palatası arasında Əməkdaşlıq Memorandumu imzalanacaqdır.

Sizi sözügedən işgüzar səfərdə iştiraka dəvət edirik.

İlk müraciət etmiş iştirakçılar üçün (yerlər məhduddur) müəyyən güzəştli şərtlər nəzərdə tutulmuşdur.

Belə ki, Stavropol TSP ilk səkkiz nəfər azərbaycanlı sahibkarın aviabiletini (Moskva üzərindən), transfer və qidalanma (üç gecəlik qonaqlama xaric / otel xərci gündəlik 30-40 ABŞ dolları təşkil edir) xərclərini öz üzərinə götürür.

İşgüzar səfərdə iştirak etmək istədiyiniz təqdirdə, əlavədə göstərilmiş qeydiyyat cədvəlini doldurmanız və xarici pasportunuzun kserosurətini nhasanova@ask.org.az elektron ünvanına göndərməniz xahiş olunur.

Son müraciət tarixi: 10.09.2018

Tədbirin proqramı və Stavropol vilayəti şirkətlərinin siyahısını təqdim edirik.

Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: (012) 465 72 42 (daxili: 112)
E-mail: nhasanova@ask.org.az

Details

Start:
Sentyabr 20, 2018 / 9:00 səhər
End:
Sentyabr 23, 2018 / 5:30 axşam
Tədbir Category:
Back To Top