skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“Sağlam və Təhlükəsiz Əməyin Təşkili” mövzusunda sahibkarlar üçün  təlim keçirilib

Oktyabr 30, 2018 / 8:00 səhər - Noyabr 2, 2018 / 5:00 axşam UTC+4

 Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sağlam və Təhlükəsiz Əməyin Təşkili” mövzusunda təlim keçirilib. Beynəlxalq Əmək Təşkilatının eksperti Ekaterina Kuznetsova tərəfindən keçirilən təlimdə inşaat, logistika və başqa sektorları təmsil edən sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.

Təlim zamanı iş yerlərində  qəzaların və bədbəxt hadisələrinin qarşısının alnması məqsədi ilə beynəlxalq  yanğın təhlükəsizliyi qaydaları və digər təhlükəszilik normaları haqqında iştirakçılara məlumat verilib. E. Kuznetsova bildirdi ki, iş yerlərində mövcud olan təhlükələrin aşkar olunması və risklərin qiymətləndirilməsi profilaktik tədbirlərin əsasını təşkil edir.

Hər bir müəssisənin əsas məqsədi gəlir əldə etməkdir. Lakin bu işçilərin təhlükəsizliyini və sağlamlığını təhlükə altına qoymalı deyil. İşəgötürən anlamalıdır ki, iş yerlərində bədbəxt hadisələr onlar üçün həm də insan və maliyyə itkisidir. Bütün müəssisələr ən azından öz ölkələrindəki  əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun fəaliyyət göstərməlidirlər. Hər bir müəssisə iş yerində sadə profilaktik tədbirləri həyata keçirməklə  təhlükəsizlik səviyyəsini yüksəldə bilər. Məsələn, iş yerlərində yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır.Fövqəladə hal zamanı işçilərin davranış qaydalarını öyrənmək üçün vaxtaşırı təxliyyə təlimlərinin keçirilməsi vacibdir. İşçiləri odsöndürücü balonların  növləri və istifadə qaydaları haqqında məlumatlandırmaq olduqca önəmlidir.  Çünki balonun üzərində  göstərilən  nişandan asılı olaraq  onun təyinatı fərqlənir. Məsələn  bərk maddələrin yanması zamanı köpüklü balondan istifadə edilirsə, elektrik cihazlarında baş verən yanğınların söndürülməsində karbon dioksid ( C02) qazla işləyən balondan istifadə olunur. Bundan başqa xilasetmə komandası hadisə yerinə gəlincə  zərərçəkmişə ilk tibbi yardımın necə göstərilməsi barədə işçilər məlumatlı olmalıdırlar”, – deyə  təlimçi bildirdi.

Təlimin birinci günü sahibkarlara təhlükəli, zərərli, toksik, partlayış və yanğın təhlükəli maddələrin xüsusiyyətləri haqqında ətraflı məlumat verən ekspert bildirdi ki, təhlükəli maddələr doğurduqları riskdən asılı olaraq kateqoriyalara bölünür. İstehsalatda istifadə olunan və insan orqanizmi üçün təhlükə yaradan müxtəlif maddələrin saxlanması, daşınması və utilizasiyası haqqında işəgötürənlərə məlumat verilib.

Təlim noyabr ayının 2-dək davam edəcək.

Details

Start:
Oktyabr 30, 2018 / 8:00 səhər
End:
Noyabr 2, 2018 / 5:00 axşam
Tədbir Category:
Back To Top